banner
banner

Sağlamlıq

Xərçənglə mübarizədə daha bir addım atıldı

Xərçənglə mübarizədə daha bir addım atıldı
Elm adamları ağciyər xərçənginin yayılmasını küləkdə sovrulan çadırlara bənzədib.
Nyu York və Texas universitetlərinin alimləri iki protein arasındakı əlaqənin hüceyrə çadırının formasını itirməsinə və bünövrəsiz qalmasına səbəb olduğunu bildiriblər.
Bu vəziyyətin ağciyərdəki xərçəng hüceyrələrinin bədənin digər yerlərinə köçürülməsinə gətirib çıxardığını öyrənən alimlər kəşfin ağciyər xərçənginin yayılmasına maneə olacaq müalicə metodlarının təkmilləşdirilməsinə kömək edəcəyinə ümid ediblər.
“Zeb-1” adlanan proteinin xərçəng hüceyrəsinin yayılması müddətində kritik önəm daşıdığını qeyd edilib. Araşdırmaçılar sağlam hüceyrələrə zərər vermədən bu protetini necə hədəf seçməyin yollarını axtarırlar. Sadəcə ağciyər xərçəngi hüceyrələrini araşdıran araşdırmaçılar eyni müddətin digər xərçəng növləri üçün də keçərli olub-olmadığını bilmirlər.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.