banner
banner

Dünya

Putin 3 general-akademiki işdən qovdu

Putin 3 general-akademiki işdən qovdu

Rusiya prezidenti Vladimir Putin daxili işlər nazirinin müavini, general Aleksandr Savenkovu, Müdafiə Nazirliyinin baş hərbi-tibb idarəsinin rəisi, general Aleksandr Fisunu və FTX-nin arxiv fondları idarəsinin ərisi, general Vasili Xristoforuvu vəzifədən azad edib.

Onların hər üçü Rusiya Elmlər Akademiyasının həqiqi və müxbir üzvləridir. Bundan əvvəl Putin Elmlər Akademiyasının rəhbərindən bəzi vəzifəlilərin elmi ad almaları barədə soruşub və deyib ki, əgər onlar özlərini əvəzolunmaz elm xadimləri hesab edirsə deməli vəzifələrini tərk edib elmlə məşğul olmalıdır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.