Keçmiş prodüserini tənqid etdi - "Gərək yerini göstərərdim"
Ötən ilin ən yadda qalan simalarından biri olan müğənni Günay İbrahimli 2015-ci ilə də səs-küylə başlayıb.
Günay öz prodüseri Sevinc Hüseynovadan ayrılıb, həmkarı Elton Hüseynəliyevin həyat yoldaşı, vaxtı ilə tanınmış müğənnilərlə çalışmış Tamilla Hüseynəliyeva ilə iş birliyi qurub.
Prodüser Sevincdən ayrılandan sonra işləri daha da yaxşılaşan İbrahimlinin bu addımı bir coxları üçün gözlənilməz olub.
Axşam.az xəbər verir ki, müğənninin ATVxeber.az-a verdiyi açıqlaması onunla Sevincin arasında münasibətlərin heç də ürəkaçan olmadığını göstərib:
“Mən bu gunə qədər çox insanlarla çalışmışam və risk etməyi, müxtəlif qəfil qərarları qəbul etməyi xoşlayıram. Bu dəfə də komandamı artırmaq qərarına qəldim, prodüser axtarışına başladım. Və dostlarım mənə Toma ilə işləməyi məsləhət gördülər. Bildiyiniz kimi, o, ailə qurduqdan sonra işində fasilə etmişdi. Mənə isə onun kimi işini bilən prodüser lazım idi. Çünki Sevinc heç zaman prodüserim olmayıb, o mənim köməkçim olub-hətta Təranə Səmədova ilə işləyərkən. Sadəcə olaraq, ona xoş gəlsin deyə, mən Sevincin vəzifəsini şişirdib, hər yerdə prodüser kimi qələmə vermişəm!
Lakin prodüserlə köməkçi tam fərqli anlayışlardı! Sevinc mənim yanımda belə çalışırdı - o stəkanı bura qoy, bu çantanı ora apar. Bu isə prodüserlik demək deyil. Bu azmış kimi, onunla çalışdığım zaman mən bəzi insanlarla ünsiyyətdən, bir çox toy və tədbirlərdən məhrum olmuşam. İndi anlayıram ki, gərək mən Sevincə zamanında yerini göstərərdim və onun qüsurlarına dırnaq arası baxmazdım. Amma yox, baş verənlərdən bir nəticə də çıxartdım - insanlara öz yerini göstərmək lazımdı. Bizim işdə başqa cür alınmır”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.