PKK terrorçuları Türkiyədə qaz borusunu partladıb. Hadisə Siirtdə şəhər mərkəzindən 20 km məsafədə baş verib. PKK-çılar bu dəfə qaz borusuna hücum ediblər. Hadisə nəticəsində ölən və yaralanan olmadığı bildirilib. Təhlükəsizlik qüvvələri hadisədən sonra terrorçuların zərərsizləşdirməsi yönündə bölgələ əməliyyatlara başlayıb.
Qaz borusu partladıldıqdan sonra Batman və Siirt rayonlarında əhaliyə verilən təbii qaz kəsilib. Rayon bələdiyyələri mobil nömrələrə SMS yollayaraq əhalini qaz kəsintisi barədə məlumatlandırıblar. SMS-də bildirilib ki, boru xəttində təmir işləri bitdikdən sonra qazın verilməsi bərpa olunacaq.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.