Aktyor İbrahim Çelikkolun aktrisa Sinem Kobaldan ayrıldıqdan sonra köhnə sevgilisiylə barışdığı xəbəri yayılıb.
Axşam.az-ın Türkiyə mediasına istiandən xəbərinə görə, aktrisa Dəniz Çakırdan iki il əvvəl ayrılan İbrahim yeni yayılan şayiələrə cavab verməyib. O, bu xəbər və eləcə Sinem barədə danışmayacağını bildirib.
Dəniz Çakır isə bir müddət əvvəl yaxınlarına bu haqda elə deyib:
"Biz heç küsməmişdik, telefonla danışıb, görüşürük. Amma birlikdə deyilik".
Xatırladaq ki, keçən il futbolçu Arda Turandan ayrıldıqdan sonra qısa müddət Çelikkolla münasibət quran Sinemin ikinci ayrılığı onu medianın əsas xəbərinə çevirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.