Müğənni Röya Ayxan xalq artisti İlhamə Quliyevanın xanım müğənnilərdən təkcə onunla duet oxumaq istədiyi haqda səsləndirdiyi fikirlərə münasibət bildirib.
“Qafqazinfo”ya açıqlamasında sənətçi xalq artistinin fikirlərindən sonra özünü xoşbəxt hiss etdiyiniqeyd edib: “Hazırda çox xoşbəxt qadınam, çünki Azərbaycanda dəyərli, əfsanəyə çevrilmiş insanlar hər zaman mənim adımı çəkir. Mənsum İbrahimov bu yaxınlarda hər dəfə dediyi kimi söylədi ki, Röyaya qulaq asanda dincəlirəm. İlhamə xanım deyib ki, yeganə qadın müğənnidir ki, onunla duet oxuyaram. Brilliant Dadaşovanın necə vas-vası qadın olduğunu bilirsiz. O da duet oxumaq istədiyi ifaçılar sırasında mənim adımı çəkib. Adama nə lazımdır ki? Güllə vursan da, ölmərəm. Uyğun mahnı olsa, İlhamə xanımla sevə-sevə duet oxuyaram. Səs-səda salan mahnıları sevirəm, tərzim də İlhamə xanımla uyğun gələr”.
Müğənni “Bakı 2015” Avropa Oyunlarında avarçəkmə üzrə səfir seçilməyindən da söhbət açıb: “Bütün Azərbaycanı təbrik edirəm. Avarçəkmə üzrə səfir seçildim. Sudan çox qorxuram, üzə bilmirəm. Getdiyim hovuzlar bir metr yarımdan çox olmur. Lakin bu önəmli oyundur, dövlət məni də seçibsə, sevə-sevə iştirak edəcəm”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.