Lüksemburq şahzadəsi Feliks və onun həyat yoldaşı Kler ikinci dəfə valideyn olublar. Onların Jenevada bir oğul övladları dünyaya gəlib. Krallıqdan verilən rəsmi açıqlamada bildirilir ki, doğum zamanı Feliks Klerin yanında olub və hazırda həm ana, həm də uşağın vəziyyəti yaxşıdır. Qeyd edək ki, 10 ildən çox görüşən cütlük 2013-cü ildə ailə həyatı qurub. 2014-cü ildə onların Amali adlı bir qız övladı dünyaya gəlib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.