banner
banner

Gündəm

Fəzail Ağamalıdan Aqil Abbasa sərt CAVAB: “Səviyyəsi çatmır”

Fəzail Ağamalıdan Aqil Abbasa sərt CAVAB:

“Aqil Abbasın səviyyəsi ona çatmır ki, burada millət vəkillərinə dərs keçsin. Hər dəfə sanki bizi burada qabağına qoyub dərs keçir”.

 Bu sözləri deputat Fəzail Ağamalı Milli Məclisin iclasında Aqil Abbasın çıxışına cavab olaraq deyib. Fəzail Ağamalı Aqil Abbası çıxışı ilə bağlı bildirib ki, belə halların qarşısı alınmalıdır: “Bu halın qarşısı alınmalıdır. Belə olmaz”.

Fəzail Ağamalı spiker Oqtay Əsədovdan Aqil Abbasın bu cür hərəkətləri ilə bağlı nəzarətin həyata keçirilməsini xahiş də edib.

Qeyd edək ki, Aqil Abbas bildirib: “Bu gün Azərbaycan parlamentinin ən çox söyülən deputatları mən, Fazil Mustafa və Hadı Rəcəblidir. Mənim atamın goruna sosial şəbəkələrdə 932 nəfər söymüşdü... Tahir Kərimli deyir ki, deputat maaşı alanda utanıram.

Ay başına dönüm, niyə utanırsan ki, əziyyət çəkib işləyirsən, maaş alırsan da... “Maaşım çoxdur” deyən deputatların maaşını azaldın da… Ay deputatlar, siz Allah bu jurnalistlərdən az qorxun. Bu gün sosial şəbəkələrdə ciddi şəkildə təhqir və böhtan var”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.