banner
banner

Dünya

Türkiyə Suriyaya nə üçün girib?

Türkiyə Suriyaya nə üçün girib?

Biz başqa məqsədlə deyil, dövlət terroru həyata keçirən zalım Bəşər Əsədin hökmranlığına son qoymaq üçün Suriyaya girmişik.

"Report" xəbər verir ki, bunu Türkiyə prezdenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Qüds Uğrunda Parlamentarlar Liqasının Birinci İllik Konfransında bildirib.

O deyib ki, indiyə qədər Suriyada bir milyona yaxın insan öldürülüb: "Bu hallar davam edir. Biz səbr etdik, gözlədik, nəhayət, dayana bilmədik. Suriya Azadlıq Ordusu ilə birlikdə ölkəyə girmək məcburiyyətində qaldıq. Türkiyənin Suriya torpaqlarında gözü yoxdur. Həqiqi sahibləri torpağın yiyəsi olmalıdır. Biz prinsipləri qorumaq üçün oradayıq. Yəni ədalətin bərqərar olması üçün Suriyaya girmişik".

Qeyd edək ki, Türkiyə Suriyada "Fırat kalkanı" ("Fərat qalxanı") adlı antiterror əməliyyatı keçirir və Suriya Azadlıq Ordusunu dəstəkləyir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.