banner
banner

Dünya

İtaliya: “AB-nin taleyi üç dövlətdən asılıdır”

İtaliya: “AB-nin taleyi üç dövlətdən asılıdır”
Avropa Birliyinin gələcəyi 2017-ci ildə Fransa, Almaniya və İtaliyada baş tutan seçkilərdən sonra müəyyənləşəcək.
Bunu “RİA-Novosti” agentliyinə açıqlamasında İtaliyanın Nümayəndələr Palatasının sədr müavini Luici di Mayo söyləyib. Onun sözlərinə görə, Avropa Birliyinə ən böyük zərbələrdən birini Rusiyaya qarşı sanksiyalar vurub:
“Bu sanksiyalar təkcə italiyalı istehsalçılara illik 7 milyard avro ziyan vurur. Bu fəaliyyətlər Avropa Birliyinin ideyalarına cavab vermir. Biz İtaliyanın Avropa Birliyindən çıxmasına yox, bu ittifaqda mühüm dəyişikliklərə tərəfdarıq. AB-nin gələcəyi gələn il müəyyən ediləcək. Fransa, İtaliya və Almaniyadakı seçkilər AB-nin taleyini həll edəcək”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.