Azərbaycanda intellektual idarə olunan mənzillərin yaradılması nəzərdə tutulur.
Bu barədə Milli Məclisə təqdim olunmuş “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası” layihəsinin “Mənzil fondunun idarəedilməsinin təkmilləşdirilməsi” bölməsində əks olunub.
Layihədə qeyd olunur ki, yaşayış və qeyri-yaşayış sahələrinin intellektual idarə olunması məqsədilə enerjiyə qənaət texnologiyalarının tətbiqinə dəstək göstəriləcək.
Bundan əlavə, layihədə beynəlxalq təcrübəyə uyğun olaraq çoxmənzilli binalarda mənzil fondunun bazar iqtisadiyyatı prinsiplərinə əsasən idarə olunmasının təşkil edilməsi, lift xidməti sisteminin təkmilləşdirilməsinə dəstək göstərilməsi, əhalinin mənzilə olan tələbatının uyğun qiymətlərlə ödənilməsi üçün tikinti şirkətlərinə dövlət dəstəyinin göstərilməsi nəzərdə tutulur.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.