Avstriyalı modeli Miranda Kerr maraqlı müsahibə verib.
O, oğlu Flynn Christopher haqqında danışıb. Kerr bildirib ki, oğluna 16 yaşında ölmüş sevgilisinin adını verib.
"Doğuş 27 saat davam etdi. Ağrını dayandırmaq üçün dərman verdilər, içmədim. Oğlum 4,5 kq çəki ilə dünyaya gəldi. Çətin bir proses idi. Onu ilk dəfə görəndə mənə barmağını uzatdı. Fərqli hisslər keçirdim. Oğlumun adını 16 yaşında dünyasını dəyişən sevgilimin adını verdim", deyə Miranda vurğulayıb.
Model keçmiş həyat yoldaşına da adla bağlı məlumat verib və o, Kerrlə razılaşıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.