Rus professoru Mixail Yenikeyev xərçəng xəstəliyinin müalicəsini tapdığını iddia edib.
Heyta.az saytı xarici mətbuata istinadən bildirib ki, professor xəstəyə əzab vermədən, lazımsız əməliyyatlar etmədən sağaltdığını deyib: “Yerli anesteziya altında və ümumiyyətlə bədxassəli şişi məhv edirik. Xərçəng dəhşətli xəstəlikdir. Belin aşağı hissəsinə iynə vururuq, şiş olan nahiyəni 40 dərəcədə xərçəng hüceyrələri dondurulur. Sonra isə heliumla bu donmuş şiş təbii bədən hərarətinə çatana qədər qızdırılır. Belə temperaturun dəyişimi ilə olan xərçəng hüceyrələri məhv olurlar”.
Professor qeyd edib ki, xəstə əməliyyatdan bir neçə saat sonra evə buraxıla bilər:
“Əlbəttə ki, biz ilk dəfə belə bir əməliyyat yerinə yetirəndə, xəstəni bir neçə gün stasionarda saxladılar, araşdırmalar, təhqiqatlar aparıldı.
Belə əməliyyatları müasir texnika və tibb elminin son nailiyyətləri sayəsində mümkün olub. Aydındır ki, belə cərrahi müdaxilələr hamıya uyğun gəlməyə bilər. Məsələn, kiməsə ümumi narkoz altında əməliyyat aparmaq təhlükəlidir".
Qeyd edək ki, mətbuatda yayılan bu məlumat ölkəmizdə böyük maraq doğurub. Məlumdur ki, son vaxtlar Azərbaycanda xərçəng xəstəliyi sürətlə artmağa başlayıb. Faciəvi xəstəlik artıq yeniyetmə və gənclər arasında da yayılmağa başlayıb. Bəs görəsən rusiyalı professorun donduraraq xərçəng hüceyrələrini məhv etdiyi barədə iddialar nə dərəcə doğru ola bilər?
Tibb elmləri doktoru, professor Adil Qeybulla iddialara bu cür şərh bildirdi:
“Xərçəng xəstəliyinin tam müalicəsindən söhbət gedə bilməz. İnsan orqanizmində hüceyrələr nəzarət altında böyüyür, çoxalır. Bu nəzarət sistemi pozulduqda və yaxud hüceyrələrin öz funksiyasını itirdikdə, strukturunu dəyişdikdə, bu halda nəzarət itir. Xərçəng şişinin ən əsas xüsusiyyəti də ondan ibarətdir ki, o, bədənin resurslarından istifadə edib yayılır. Xərçəng hüceyrəsini olduğu yerdən xaric etmək hələ tam müalicə demək deyil. Bu hüceyrələr başqa yerlərdə, infrastrukturlarda və sairə oturur və nə vaxtsa baş qaldırırlar. Ona görə də həm kimya terapiya şüa, həm də cərrahi müalicə əlaqə kimi aparılır. Orqanizmin dondurulması və bununla da xərçəng hüceyrələrin məhv olması ideyası əslində elə ideyadır. Xərçəng xəstəliyinin elə bir aqressiv formaları var ki, bədən hüceyrələri ola bilsin ki, dondan məhv olsun, amma xərçəng hüceyrələri yox. Bu da bir üsuldur və bununla bağlı müəyyən tədqiqat aparılır. Amma məsələnin tam həlli hələ ki, mümkün deyil. Xərçəng şişlərinin müalicəsi gələcəkdə həmin hüceyrələri bədəndə axtarıb tapa bilən bədənin özünə məxsus xüsusiyyətləri ola bilər. Yəni, gen o qədər güclü olmalıdır ki, müəyyən proqram üzrə o hüceyrələri məhv edə bilsin. Gələcək perspektiv bunun üzərindədir. Qalan bütün məsələlər bir yanaşı, kömək xarakteri daşıyır”.
Qeyd edək ki, statistik məlumatlara görə hər il təxminən 7 milyon insan xərçəng xəstəliyindən dünyasını dəyişir. Ekspertlər qeyd edir ki, bu cür sürətlə xərçəng xəstəliyi ürək xəstəliklərini də ötüb keçəcək. Beləliklə dünyada hər üç qadın və hər iki kişidən biri məhz xərçəng xəstəliyinə yaxalanacaq
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.