banner
banner

Dünya

Amerika adlı qadın ABŞ vətəndaşlığı aldı

Amerika adlı qadın ABŞ vətəndaşlığı aldı
Kolumbiyanın Kordova şəhərindən olan Amerika adlı 99 yaşlı qadın ABŞ vətəndaşlığı alıb. 
Bu barədə məlumat "Yahoo News"-da yer alıb. Məlumata görə, adətə uyğun olaraq, qadın ABŞ-ın konstitusiyasını və qanunlarını düşmənlərdən qoruyacağına, ümid və inamla yeni vətəninə xidmət edəcəyinə and içib.
 
Bildirilir ki, Amerika Mariya Ernandes 1917-ci ildə Kolumbiyada anadan olub. Yaşlı qadın 1988-ci ildə ABŞ-a gələrək, burada evli olan qızlarının birinə uşaqları saxlamaqda kömək edib.100 yaşının tamamına az qalmış Amerika növbəti dəfə yaşayış müddətini artırmaq əvəzinə vətəndaşlıq almaq qərarına gəlib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.