banner
banner

Gündəm

Hökumətin daha bir şansı - əfv sərəncamı

Hökumətin daha bir şansı -
Yeni il yaxınlaşdıqca əfv həyəcanı artır. Bu ayın sonunda bir çox məhbusa şamil olunacaq əfv sərəncamının veriləcəyi ilə bağlı xəbərlər günlər keçdikcə aktuallaşır. Ölkə ictimaiyyətinin diqqəti də bu istiqamətə yönəlib. 

Hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə əfv sərəncamının verilməsi artıq ənənə halını alıb. Bunları nəzərə alaraq, bu il də ölkə başçısının imzaladığı sərəncamla çoxsaylı məhbus ailələrinin sevinəcəyinə ümidlər çoxdur. Heç şübhəsiz ki, əfvin fonunda əsas diqqətlər siyasi məhbuslara yönəlib. İlin sonunda barələrində məhkəmə qərarı olan bir çox siyasinin azad ediləcəyi deyilir. Əslinə qalsa, məhkəmə prosesləri başa çatan siyasilər elə də çox deyil. Amma əvəzində istintaqları və məhkəmə prosesləri davam edən siyasi məhbusların sayı kifayət qədər çoxdur. Ölkə iqtidarının məhz barələrində məhkəmə qərarı olan siyasiləri bütünlüklə azad etməklə, bu problemin tam həllini bir müddət təxirə salmaq istədiyi vurğulanır. 
 
Yayılan xəbərlərin fonunda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovla bağlı son günlərdə yaranan müəmmalar da günlər ötdükcə aradan qalxır. Belə ki, sabiq nazirin əfvə düşmək şansları deyilsə də, barəsində əsas cəzası başa çatdıqdan sonra əlavə cinayət maddələri ilə üz-üzə qalan Ə.İnsanov istintaq dövrünü yaşayır. Bu ayın sonuna qədər onun məhkəmə prosesinin başladılıb, qısa zamanda başa çatdırılacağı və ona əfvə düşmək şanslarının yaradılacağı deyilsə də, görünən odur ki, onun məhkəmə prosesi Yeni ildən sonraya qalacaq. Bu isə onun ayın sonunda azad edilməyəcəyini dəqiqləşdirir. 
 
Ən çox azad edilmə ehtimalı olan siyasi məhbus kimi REAL sədri İlqar Məmmədov göstərilir. Noyabrın 18-də Ali Məhkəmə onu həbsdə saxlasa da, əfv üçün bu qərarın verildiyi deyilir. 
 
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Mirvari Qəhrəmanlı bildirdi ki, istənilən təbəqə azadlığa çıxan insanlarla bağlı qərarı alqışlayır: “Yalnız siyasi məhbusları  qeyd etmək ədalətsizlik olardı. O qədər siyasi mənsubiyyəti olmasa da, haqsız  həbs edilən şəxslər var ki, onların müdafiəsi yaxşı qurulmur. Bu tipli şəxslərin də azadlığa buraxılmasını alqışlamaq lazımdır. Yəqin ki, bu ayın sonunda əfv olacaq. Bu, artıq bizdə ənənəvi hal alıb. Kimlərin əfv olunacağı prezidentin səlahiyyətində olan məsələdir. Bizlər bu barədə nəsə deyə bilmərik. Hazırda iki siyasi məhbus siyahısı hazırlanıb. Onların heç biri dövlət qurumlarına təqdim olunmayıb. Düşünürəm ki, həmin siyahıları hazırlayan şəxslər təkcə ölkə xaricindəki qurumlara siyahılarını təqdim etməli deyillər, Əfv Komissiyasına da bu siyahılar təqdim olunmalıdır. Sadəcə, öz saytlarına siyahıları qoyub sanki Əfv Komissiyasına deyirlər ki, gəlin oradan götürün. Məhbuslar var ki, əfv ərizəsi yazmayıblar. Onların adından əfv üçün müraciət oluna bilər. İlqar Məmmədov heç vaxt əfv yazmayacaq. Çünki düşünür ki, günahsızdır. Məhkəməsi gedən şəxslərin əfv olunması gözlənilmir”.

Hüquq müdafiəçisi bu əfvin digərlərindən fərqli olacağını düşünür: “Siyasi proseslər hər an dəyişir, Avropadan çoxsaylı qonaqlar ölkəmizə gəlir. Gedən proseslər əfvi sürətləndirə bilər. Sosial vəziyyətimiz olduqca ağırdır. Düşünürəm ki, əhalinin narazılığının qarşısını almaq üçün onları azad edə də bilər. Əfv hökumətin ölkədaxili və xarici siyasəti ilə tənzimlənəcək. Əfvin necə olacağı bu iki amildən çox asılıdır. Hər şey sərəncam veriləndə aydın olacaq. Heç vaxt kimin azad ediləcəyi ilə bağlı ad çəkmək düzgün deyil. Ailələr stress içərisində olurlar”.
M.Qəhrəmanlı  Ə.İnsanovun azad edilməyəcəyini düşünür: “İnsanovla bağlı çox müəmmalar var. Onu hökumətin özü siyasi məhbus etdi. Qınasalar da mən deyəcəm. Bəzən hökumətin yüksək vəzifələrində çalışan, sonradan nədənsə incik düşən və ya başqa amillərlə bağlı həbs edilən, məhkəmədə bir dəfə sərt çıxış edən şəxsləri siyasi məhbus adlandırırlar. Onları siyasi məhbus adlandırmıram. Əli İnsanova oktyabra qədər siyasi məhbus kimi baxmırdım. O, onu vəzifəyə qoyanların üzünə ağ olduğu üçün həbs edilmişdi. Lakin onun birinci cəzası başa çatdı, hökumət ona ikinci cəzanı verir. İstintaqı getdiyinə görə, o, əfv oluna bilməz. O, məhkəmə yolu ilə azad oluna bilər. Çünki məhkəmə istədiyi şəxsi artıq Azərbaycanda azad edə bilir”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.