banner
banner

Dünya

ABŞ polisi BƏƏ-dən olan tələbəni öldürüb

ABŞ polisi BƏƏ-dən olan tələbəni öldürüb
ABŞ-ın Ohayo ştatında polis əməkdaşı Birləşmiş Ərəb Əmirliklərindən olan tələbəyə atəş açaraq qətlə yetirib.  
 
APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, insident dekabrın 4-də baş verib. Polisə avtomobil yollarından birində yol hərəkəti qaydalarının pozulması barədə məlumat daxil olub. Polisdən verilən xəbərə  görə, yolda təhlükəli manevrlər edən avtomobil idarəetməni itirərək aşıb, sürücü isə qaçaraq yaxınlıqdakı meşə zolağında gizlənib. Tələbə ilə onu aşkarlayan polis arasında ziddiyyət yaranıb, nəticədə asayiş keşikçisi xidməti silahdan atəş açaraq gənci başından yaralayıb.  Tələbə hadisə yerində ölüb.     
 
Klivlend Universitetin tələbəsi 26 yaşlı Saif Nasser Mübarək Alamerinin ölümü qətl kimi araşdırılır.  Onu öldürən polis əməkdaşı xidmətdən kənarlaşdırılıb. Məlumata görə, insident zamanı polis də yüngül xəsarətlər alıb. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.