Bu il ərzində Respublika Toksikologiya Mərkəzinə dəm qazından zəhərlənmə ilə bağlı 454 müraciət daxil olub, onlardan 332-si xəstəxanaya qəbul edilib.
Bunu Səhiyyə Nazirliyinin baş toksikoloqu, mərkəzin rəhbəri Azər Maqsudov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilənlərin 10 faizinin vəziyyəti ağır, 70 faizinin vəziyyəti isə orta-ağır qiymətləndirilib. Yerdə qalanlara ilkin tibbi yardım göstərilib. “Demək olar ki, hər həftə dəm qazı zəhərlənməsi ilə əlaqədar rayonlardan 10-12 müraciət edilir. Müşahidələr göstərir ki, dəm qazından zəhərlənənlərin əksəriyyəti orta yaşlı insanlardır. Dəm qazından zəhərlənmələr əsasən qapalı mühitdə və vanna otağında baş verir. Bundan əlavə, qapalı şəraitdə olan maşında kondisioner işləyərsə, dəm qazı orada olan şəxsi zəhərləyə bilər. Buna görə də, maşını və kondisioneri işə saldıqda ehtiyatlı hərəkət etmək lazımdır”, - A.Maqsudov söyləyib.
Mərkəz rəhbəri əlavə edib ki, xəstəyə ilkin tibbi yardım göstərilməsi və vaxtında müraciət fəlakətin qarşısını ala bilər.
A.Maqsudov aprelədək dəm qazı zəhərlənməsi ilə bağlı müraciət edildiyini söyləyib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.