banner
banner

Gündəm

Milyardlarla pulun taleyi haqda: "Uğurlar əldə etməmişik”

Milyardlarla pulun taleyi haqda:

“Azərbaycanda regionların sosial-iqtisadi inkişafına nail olmaq üçün dövlət proqramları çərçivəsində milyardlarla vəsait xərclənsə də, bu sahədə ciddi uğurlar əldə edilməyib və kifayət qədər problemlər qalmaqdadır”.

Cia.az-ın xəbərinə görə, bunu deputat Rafael Cəbrayılov Milli Məclisdə 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, bu gün Azərbaycan iqtisadiyyatının neft amilindən asılılığının azaldılmasının yeganə optimal yolu regionların sosial-iqtisadi inkişafı prosesini sürətləndirilməsi və bu sahədə ciddi uğurların əldə olunmasına nail olunmasıdır:

 

“Düzdür regionların sosial-iqtisadi inkişafına nail olmaq üçün bir sıra dövlət proqramları həyata keçirilib və bu proqram çərçivəsində çox böyük işlər görülüb, milyardlarla vəsait xərclənib. Amma etiraf etməliyik ki, bu qədər vəsait xərclənsə də, kifayət qədər uğurlar əldə edə bilməmişik. Bunun nəticəsidir ki, regionlarda problemlər qalmaqdadır. Hesab edirəm ki, regionların inkişafına nail olmaq üçün hökumət özəl sektoru bu prosesə ciddi surətdə cəlb etməli və normal münasibətlərə nail olmalıdır. Bunun üçün özəl sektora lazımi şərait yaradılmalı və lazım gələrsə, onlara güzəştli kreditlər verilməlidir”.

 

Rafael Cəbrayılov vurğulayıb ki, bu qədər dövlət proqramlarının həyata keçirilməsinə baxmayaraq, regionlar iqtisadi muxtariyyət nail ola bilməyiblər:

 

“Deməli, bu sahədə uğurlar əldə edilməyibsə, yetərincə problemlər var və bu həll edilməlidir. Məhz bunun nəticəsidir ki, regionlarımızın böyük əksəriyyəti dövlət dotasiyası hesabına dolanırlar”- deyə, millət vəkili bildirib.

 

Deputat zamanda, seçildiyi Şirvan şəhərinin üzləşdiyi problemləri qaldıraraq, onun həlli üçün hökumətdən yardım istəyib.

Bildirib ki, Şirvan şəhəri tipik sənaye şəhəri olmasına baxmayaraq, burada işsizlik yüksək səviyyədədir:

“Sənaye şəhərində belə vəziyyət gələcəkdə ciddi fəsadlara yol aça bilər. Odur ki, hökumət bu məsələyə daha diqqətlə yanaşmalıdır”.

 

R.Cəbrayılov Şirvanda bir vaxtlar fəal olan futbol klubunun son vaxtlar maliyyə baxımından tamamilə dağılmasından narahatlığını bildirib və şəhərdə normal stadionun olmadığını qeyd edib:

 

“İndi şirvanlılar futbol oynamaq üçün kilometrlərlə yol qət edib, Salyan rayonu ərazisindəki Qaraçala qəsəbəsindəki stadiona gedirlər”.

 Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.