banner
banner

İdman

Azərbaycan çempionatında qeyri-adi hesab - 27:0

Azərbaycan çempionatında qeyri-adi hesab -
AFFA-nın aşağı yaş qruplarından ibarət komandalar üçün təşkil etdiyi liqalarda növbəti qarşılaşmalar keçirilib.
 
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “Qəbələ” futbol akademiyasının komandaları 13 oyun keçirib.
 
Komandalar bu görüşlərin 9-da qalib gəlib, 2 heç-heçə edib və 2 dəfə uduzub.

U-19 “Şərurspor”la ev oyununda 3:0 hesabı ilə qalib gəlib.  U-17 “Səbail”lə ev oyununda 5:0 hesabı ilə qalib gəlib. U-15 mövsümdə ilk xal itkisi ilə üzləşib. Ardıcıl 8 qələbədən sonra “Neftçi” ilə qolsuz heç-heçə edən “qırmızı-qaralar” 9 oyundan sonra 25 xalla yarışın lideridir.

Paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 və U-13-də növbəti matçlarına çıxıb. “Zirə”yə 1:0 hesabı ilə qalib gələn U-14 11 oyundan 27 xalla 3-cüdür.
 
“Neftçi” ilə 2:2 hesablı heç-heçə edən U-13-ün aktivində 11 oyundan sonra 20 xal var. 

Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında mübarizə aparan U-12, U-11 və U-10-ların yarışında "Qəbələ" bir neçə komanda ilə təmsil olunub. U-12 Liqasında “Qəbələ” “Daşqın”la matçda 2, UGİM Qaxın UGİM-i ilə görüşdə 1 cavabsız qolla qələbə qazanıb. U-11 Liqasında “Qəbələ” və UGİM üz-üzə gəliblər. Görüş "Qəbələ"nin 8:3 hesablı qələbəsi ilə başa çatıb. 

U-10 Liqasında “Qəbələ” “Viktoriya”ya 27:0 hesabı ilə qalib gəlib. UGİM isə “Kürmük”ü 5 cavabsız qolla keçib. Gİİ Yevlax UGİM-inə uduzub – 4:5.

Qızların yüksək liqa yarışının IX turunda “Sumqayıt”la görüşən “Qəbələ” 2:0 hesabı ilə qələbə qazanıb.  
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.