banner
banner

Gündəm

Əflatun Amaşov Fazil Mustafaya “YOX” dedi: “İndi hansı zəmanədir?!”

Əflatun Amaşov Fazil Mustafaya “YOX” dedi:

Deputat Fazil Mustafa Azərbaycanda fəaliyyət göstərən bir sıra rusdilli media orqanlarının fəaliyyətindən narazılığını ifadə edərək, onların bağlanması təklifini irəli sürüb. Xüsusilə, “MİR” televiziyası və “Bakinski raboçi” qəzetinin fəaliyyətinə etirazını bildirib.

Deputat deyib ki, hər iki media orqanında Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi qabardılmır. "Baxmayaraq ki, bu televiziya kanalını Azərbaycan maliyyələşdirir. Amma bir dəfə də olsun ki, orada Qarabağ, Xocalı ilə bağlı süjetlərin efirə getdiyini görməmişik. Belə olan halda, onun yayımlanmasına nə ehtiyac var?”

Fazil Mustafa, “Bakinski raboçi” qəzetinin fəaliyyəti barədə danışarkən, qəzetin Çar Rusiyası dövrünə gedib çıxdığını və bizimlə heç bir bağlılığının olmadığını diqqətə çatdırıb.

O zaman, hər iki media orqanı bağlanmalıdırmı?

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Modern.az-a açıqlamasında səslənən fikirlərə münasibət bildirib.

“Əvvəla, deyilən sözlərdə faktlar var. Burda söhbət ondan gedə bilər ki, Azərbaycan problemlərini nə dərəcədə “MİR” televiziyası vasitəsilə Rusiya ictimaiyyətinə çatdırırıq?! Bu informasiya vasitəsi bir tribunadır. Biz bu tribunadan istifadə edə bilirikmi?! Daha çox burada bunları gündəmə gətirməliyik ki, bu tribunadan Azərbaycanın imicini, Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ problemlərini çatdırmaqla daha səmərəli istifadə edək. Rusiyada Dağlıq Qarabağ məsələsi ilə bağlı materilların yayılması, rus xalqının həmin o hadisələri obyektiv bilmələri baxımından bizim üçün çox önəmlidir.

 

İkinci məsələ “Bakinski raboçi” qəzeti ilə bağlıdır. Bu qəzet 1906-cı ildə işıq üzü görüb. Vaxtilə, “Komsomolski pravda” qəzeti Sovet dövründə çıxırdı. Rusiyada ən populyar qəzet idi. O qəzeti bağladıq. Amma biz qəzetlərin fəaliyyətinə önəm verməliyik. Düzdür, “Bakinski raboçi” qəzetinin fəaliyyəti ilə mən də razı deyiləm. O mənada ki, qəzeti açan kimi yalnız AZƏRTAC-ın materialları qarşımıza çıxır. O materiallar da opertiv materiallar deyil, köhnəlmiş informasiyalar olur”.

 

Adıçəkilən qəzetin bağlanmasına gəlincə, o, buna yol verməməyin vacib olduğunu bildirib.

 

“Qəzetin bağlanmasını bazar, tələbat  müəyyənləşdirməlidir. İndi hansı zəmanədir ki, hansısa qəzeti bağlayasan?!  Buna yol vermək də lazım deyil. Sadəcə, Azərbaycanda rusdilli insanlar var. Qəzetin keçmiş imicindən istifadə etməklə, “Bakinski raboçi”ni, MDB məkanında, xüsusilə, rusdilli insanlar yaşayan yerlərdə ən populyar qəzet səviyyəsinə qaldırmalıyıq. Ən populyar qəzet səviyyəsinə qaldırmaqla yanaşı, Azərbaycan həqiqətlərini həmin qəzet səhifələrində rusdilli oxuculara çatdırmalıyıq. Həm də qəzetin onlayn versiyası aktiv olmalıdır”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.