Sabahın hava PROQNOZU: Bakıda şaxta olacaq, yollar buz bağlayacaq
Azərbaycanda şaxtalı hava şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, dekabrın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclü cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu yarımadada gecə 2-5° şaxta, gündüz 3-5° isti, Bakıda gecə 3-5° şaxta, gündüz 3-5° isti təşkil edəcək.
Atmosfer təzyiqi xeyli aşağı 775 mm civə sütünundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 85-95%, gündüz 65-70% təşkil edəcək.
Gecə və səhər yollar buz bağlayacaq.
Xəbərdarlıq
Dekabrın 9-da Bakıda və Abşeron yarımadasında arabir güclü cənub-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın minimal temperaturu 2-5° şaxta təşkil edəcək. Yolların buz bağlama ehtimalı var.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 9-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda güclü gilavar küləyinin əsməsi meteohəssas insanlar üçün əlverişsizdir. Dekabrın 10-da isə meteoroloji amillərin mülayim tərəddüdü nisbətən əlverişsizdir.
Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Ayrı-ayrı yerlərdə arabir güclü qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta təşkil edəcək.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.