Gizli ərə gedən aktrisa: “Hələ belə sevgi yaşamamışdım…”
Aktrisa Naibə Allahverdiyeva yaxınlarından belə, xəbərsiz gizli ailə qurub. Aktrisa bu barədə musavat.com-a açıqlamasında bildirib.
Aktrisa həyat yoldaşının kimliyini açıqlamasa da, onunla böyük sevgi yaşadığını deyib: “Nikah bu yaxınlarda oldu. Uzun müddət bu haqda fikirləşirdim, tam qərar qəbul edə bilmirdim. Amma axırda qəbul etdim. Bir ara fikrimdən dönmək istəyirdim, sonra gördüm ki, yox, mümkün deyil, mən bu insanı çox sevirəm, onsuz yaşamaq mənə çox çətindir. Təxminən bir ay bundan əvvəl nikaha girdik, bu haqda heç qohumlarımız da bilmədi.
Yəni bu barədə heç kimə demədik. Sadəcə, yaxın olduğum bir jurnalist xanım var, ona demişdim, o da yazdı... Sevgi elə bir şeydir ki, nə zamana, nə da yaşa baxır, bir anda özü səni ağuşuna alır. Mənə elə gəlir ki, həyatımda bel sevgi yaşamamışdım”.
Aktrisa evliliyi ilə bağlı digər açıqlamalar da verib: “Toy olmayacaq, amma kiçik məclis mütləq keçirəcəyik. Müəyyən işlər var, onları yerinə qoyduqdan sonra bu məsələni həll edəcəyik. Harada yaşayacağımız ilə bağlı isə hələ ki, fikirləşirik. Onun evi əvvəlki evliliyindən olan uşaqlarında qalıb.
Qızım da bu nikahı normal qarşıladı. Özü demişdi ki, “mən istəyirəm ki, sən ailə qurasan, tək qalmamaq üçün...” Bilirsiz, mən tək qalanda çox qorxuram (gülür), tənha qala bilmirəm. Tənhalıq çox pis şeydir, mən bunu həyatımda yaşamışam. Qadın, kişi fərqi yoxdur, mənəvi dəstək bütün insanlara lazımdır”.
Xatırladaq ki, bu, aktrisanın ikinci evliliyidir. Onun əvvəlki nikahından Məryəm adlı qızı var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.