Antalyada təlim-məşq toplanışında olan Bakı "İnter"i transfer çalışmalarını davam etdirir.
Qol.Az-ın klubun rəsmi "facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, "bankirlər" bir neçə gün öncə komandanın düşərgəsinə qoşulan Ruben Şakenin transferini rəsmiləşdirib.
Hollandiyanın "Feyenoord" klubundan transfer olunan yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "İnter" daha öncə "Xəzər Lənkəran"dan Əfran İsmayılovu transfer edib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.