banner
banner

Sosİal

Abşeronda göl daşdı, evləri su basdı - Video

Abşeronda göl daşdı, evləri su basdı
Abşeron rayonunda Daşagil gölünün daşması nəticəsində bir neçə evi su basıb. Rayonun 28 may qəsəbəsində yaşayan sakinlər evlərinə daxil ola bilmirlər. Aidiyyəti qurumlar isə problemin aradan qaldırılacağını bildirirlər.
 
Sakinlər isə mənzilə pəncərədən nərdivanla daxil olmaq məcburiyyətində qalıblar. Söhbət Abşeron rayonu 28 may qəsəbəsi yeni yaşayış massivindən gedir.
 
Sakinlər həyətə dolan suyu su nasosları vasitəsilə boşlatmağa çalışır.Bəziləri isə mənzilə daxil ola bilmədiyi üçün yaxınlarının evində yaşamaq məcburiyyətində qalıblar.Yoldan keçmək mümkün olmadığından uşaqlar məktəbə getməkdə çətinlik çəkirlər.
 
Ərazidə yaşayanlar deyir ki,burada ev tikən zaman suyun səviyyəsi və sahəsi az olub.Ancaq sonrada gölün ətrafında müəssisə və evlər tikildiyindən kalanlizasiya sularıda bu gölə axıdılırki nəticədə də ərazini su basır.Bu vəziyyət ildən ilə daha da ağırlaşır.
 
Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətindən bildirildiki,problemin qarşısını almaq üçün ərazidə Azərsu Açıq Səhimdar Cəmiyyəti tərəfindən işlər görülür. Azərsu Açıq Səhimdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının verdiyi məlumata görə, Daşagil gölündə suyun səviyyəsinin azaldılması məqsədilə qurum tərəfindən layihə hazırlanıb.Layihəyə görə göldən su nasoslar vasitəsilə Sumqayıt çayına vurulacaq.Bununlada göldə suyun səviyyəsi enəcək və problem aradan qaldırılacaq.bu işlərin gələn ilin əvvəlində başa çatdırılması nəzərdə tutulur. (Xəzər TV)


cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.