Rusiya konsulluğu mühasirəyə alındı - 12 nəfər xəsarət alıb
Gümrüdə polis və etirazçılar arasında baş vermiş toqquşmalar nəticəsində 12 nəfər xəsarət alıb.
CİA.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gümrü Tibb Mərkəzinin müdiri Armen İsaakyan bildirib.
Onun sözlərinə görə, xəsarət alanlardan 8 nəfərə tibbi yardın göstərilib. Hazırda mərkəzdə 3-ü polis olmaqla 4 nəfər var. İsaakyan xəsarət alanlardan iki nəfərin vəziyyətinin ağır olduğunu qeyd edib. Onların kəllə-beyin travması aldığı bildirilir.
Qeyd edək ki, etirazçılar Gümrüdə 6 nəfərdən ibarət ailənin qətlində ittiham olunan Rusiya əsgəri Valeri Permyakovun Ermənistana təhvil verilməsini tələb edirlər.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.