Türkiyədə ötən gün "Sen Benim Her Şeyimsin" adlı filmin qala gecəsi keçirilib. Filmdə övladını atıb gedən ana obrazını canlandıran Melis Birhan gecədə geyindiyi geyimlə hər kəsin diqqətini öz üzərinə çəkib. Uzun qara donda olan 33 yaşlı aktrisa film haqqında deyib:
"Çox gözəl çalışdıq. Səmimi bir film çəkdik. İnşaallah, tamaşaçılar da bizimlə eyni fikirdə olar".
Qalada, eyni zamanda, Cem Yılmaz, Esra Erol, Ahu Türkpençe, Erdem Yener, Selma Ergeç, Murad Cemcir, Tolga Sarıtaş, Burak Hakkı, Şenay Akay və Sibel Turnagöl kimi məşhurlar da olublar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.