İki il əvvəl boşandığı Serkan Uçardan sonra adı heç kiminlə hallanmayan türkiyəli aparıcı Ece Erken yenidən ərə getmək istəyir. Bu barədə Ece özü açıqlama verib. 38 yaşlı aparıcı zarafatyana yaxın günlərdə Esra Erolun evlilik verilişinə qatılacağını da bildirib. Onun sözlərinə görə, bir gün aparıcısı olduğu verilişdə gəlinlik geyinib və “Qismətimi axtarıram” deyib. Bundan sonra Ecenin telefonu susmaq bilməyib.
Xatırladaq ki, E.Erken S. Uçarla 2014-cü ildə ailə həyatı qurub, 2015-ci ildə boşanıb. Onların bu nikahdan Eymen adlı bir oğul övladları var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.