Türkiyədə “Mavi Mərmərə” gəmisi ilə bağlı bütün məhkəmə işlərinə xitam verilib. Cia.az saytı xəbər verir ki, “Report”un məlumatına görə, Türkiyə ilə İsrail arasında razılaşma buna əsas olaraq göstərilib.
Məlumata görə, İstanbul 7-ci Ağır Cəza Məhkəməsi İsrail hərbçiləri barəsində qiyabi olaraq verdiyi həbs qərarını da ləğv edib.
Xatırladaq ki, iki dövlət arasında münasibətlər 2010-cu il mayın 31-də kəsilib. Həmin dövrdə Fələstinin Qəzza bölgəsinə humanitar yardım aparan Türkiyənin "Mavi Mərmərə" gəmisinə İsrail hərbçiləri basqın edib. Nəticədə Türkiyənin 9 vətəndaşı öldürülüb.
Bu il iyunun 29-da İsrail hökuməti Türkiyə ilə normallaşma razılaşmasını təsdiqləyib. İsrail dövləti baş verən hadisə ilə bağlı Türkiyədən üzr istəyib. Bu il avqustun 20-də isə Türkiyə parlamenti rəsmi Ankara və Təl-Əviv arasında münasibətlərin normallaşdırılması ilə bağlı razılaşma sənədini təsdiqləyib. Sənədə əsasən, İsrail Türkiyəyə 25 gün ərzində 20 milyon dollar məbləğində təzminat ödəyəcək. Anlaşmaya görə, İsrail hərbçiləri hüquq və cəza məsuliyyətindən azad ediləcəklər. Eyni zamanda, İsrail Fələstinə humanitar yardımın göndərilməsi ilə bağlı tətbiq etdiyi embarqonu yumşaldacaq.
İsrailin Türkiyədəki səfiri postuna Eytan Naeh təyin edilib. O, dekabrın 5-də etimadnaməsini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edib. Mustafa Kamal Ökəm isə Türkiyənin İsraildəki səfiri vəzifəsinə təyinat alıb. O, dekabrın 12-də etimadnaməsini İsrail prezidenti Reuven Rivlinə təqdim edəcək.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.