Model Buse Narcı özündən 21 yaş böyük olan müğənni Özcan Dənizlə ayrıldıqdan sonra ilk dəfə yeni sevgilisi ilə görüntülənib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, restoranlardan birində sevgilisi ilə şam edib.
Bir müddət əvvəl Özcan Dəniz haqqında jurnalistlərə açıqlama verən Buse onu hələ də sevdiyini bildirsə də, görünür, artıq bu sevginin üstünün birdəfəlik xətt çəkib.
Qeyd edək ki, Dəniz və Narcı 5 illik münasibətlərinə bu ilin avqust ayından son qoyublar. Bu barədə açıqlama verən model ayrığın Özcan tərəfindən istədiyini bildirmişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.