banner
banner

Dünya

Kadırovdan Ərdoğana çağırış: Bizə verin

Kadırovdan Ərdoğana çağırış:
Çeçenistan lideri Ramzan Kadırov İnstaqram səhifəsində növbəti dəfə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana çağırış edərək çeçen terrorçuların təhvil verilməsini istəyib.
Axar.az xəbər verir ki, Kadırov qeydində əvvəlcə İstanbulda baş verən terror aktı ilə bağlı başsağlı verib.
“Çeçen xalqı terrorçuların necə təhlükəli olduğunu bilir. Çeçenistanda baş verən bir çox terror olaylarının iştirakçıları hazırda Türkiyədədir. Mən dəfələrlə Türkiyə hakimiyyətinə müraciət edərək bu şəxslərin Rusiyaya təhvil verilməsini istədim. Bu gün də təkrar sizə çağırış edirəm. Mən qəti şəkildə əminəm ki, onlarla sərt davranmaq və onların anladığı dildə danışmaq lazımdır”, - Kadırov bildirib.
 
Qeyd edək ki, bundan öncə Kadırov 5 noyabrda Türkiyədə saxlanılan 3 çeçen terrorçunun təhvil verilməsini istəmişdi.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.