Cia.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, bu gün yerli vaxtla saat 04:32-də Pirquludan 15 km şimal-qərbdə İsmayıllı rayonu ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ 4.4 maqnitudada, 8 km dərinlikdə baş verib. Zəlzələ episentrdə 4 bal və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. *** İsmayıllı rayonunda bir gündə ikinci zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, bu gün yerli vaxtla saat 04:34-də Pirquludan 13 km şimal-qərbdə İsmayıllı rayonu ərazisində zəlzələ qeydə alınıb.
4.5 bal gücündəki zələzlə 9 km dərinlikdə olub. Zəlzələ episentrdə 4 bal və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Cia.az
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.