"Cesur ve Güzel" serialında rol alan Tuba Büyüküstün İstanbulda 44 nəfərin ölümünə səbəb olann terror hadisəsinə biganə qalmayıb. O, terroru fərqli şəkildə lənətləyib: "Yasdayıq... Xahiş edirəm, bu paylaşımı "like" etməyin, çünki biz yas saxlamaq məcburiyyətində qalmağı sevmirik. Bunu sevdiyimizi zənn etməsinlər. Biz nifrəti sevmirik, sevdiyimizi zənn etməsinlər. Bizi gömmək istədikləri qaranlığı sevmirik..."
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.