banner
banner

Sosİal

Qusar sakini helikopter düzəltdi - 10 ilin zəhməti - VİDEO

Qusar sakini helikopter düzəltdi -
"Siqaretə verilən puldan helikopter ixtira etmişəm"
 
Qusar rayonu Samur qəsəbə sakini Mirzəxan İmamquluyev 10 ildir ki, üzərində çalışdığı helikopteri ərsəyə gətirib.
 
ARB TV xəbər verir ki, Helikopterin hazırlanmasının isə maraqlı tarixçəsi var. Belə ki, 67 yaşlı ixtiraçı uzun müddət siqaret aludəçisi olub. 3 dəfə əməliyyat keçirdikdən sonra həkim məsləhəti ilə zərərli vərdişdən qurtulub. Ona xərclədiyi pula isə ehtiyyat hissələri alaraq helikopter hazırlamaq qərarına gəlib.
 
Mirzəxan İmamquluyev - ixtiraçı: "10 il ərzində pula qənaət etmişəm. Həmdə ki, sağlamlığa da xeyri olub. Siqaretə verilən puldan isə helikopter ixtira etmişəm".
 
Helikopteri ayağa qaldırmaq isə hələ ki, mümkün olmayıb. Bunun üçün lazım olan avadanlıqlar isə ölkəmizdə yoxdur.
 
Mirzəxan İmamquluyevin ixtiraları isə bununla kifayətlənmir. O, fındıq təmizləyən qurğu ixtirası ilə fındıqların təmizlənməsi işini asanlaşdırıb. Qurğu üçün avtomobilin ehtiyyat hissələrindən istifadə edən ixtiraçı cihazı daha da təkminləşdirmək istəyir.
 
Qəhrəmanımız daha bir texnikanın üzərində çalışır. Həmin cihazla həm ot biçmək, həm də yer şumlamaq mümkün olacaq.
 
 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.