banner
banner

Dünya

“Rusiyanı Suriyada SSRİ-nin əfqan taleyi gözləyir”

“Rusiyanı Suriyada SSRİ-nin əfqan taleyi gözləyir”
Kremlin Suriyadakı fəaliyyəti SSRİ-nin Əfqanıstandakı müharibəsi kimi fəlakətlə bitəcək.
 
Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında siyasi ekspert Vitali Portnikov söyləyib.
 
“Hələb qazanılıb, amma Palmira itirilib. Hamısı 80-ci illərdə Əfqanıstanda olduğu kimidir. Müsəlman ölkəsində baş verən vətəndaş müharibəsinə açıq müdaxilə SSRİ-ni məhv etdi. İndi belə savaşlardan biri Rusiyanı da sarsıdacaq. Rusiyalılar hələ təsəvvür etmirlər ki, öz rəhbərlərinin qərarlarına görə hansı dəhşətli qiyməti ödəməli olacaqlar”, – o bildirib.
 
Qeyd edək ki, İŞİD terror təşkilatı bundan öncə Rusiya və Suriyanın geri aldığı Palmira şəhərini yenidən ələ keçirib. Suriya ordusu artıq Palmiranın ətraf rayonlarına çəkilib. Palmirada məğlub olan Rusiya və Suriya Şərqi Hələbdə tam olaraq nəzarəti əllərinə alıblar. Bəzi ekspertlər Palmiranın ələ keçirilməsində İŞİD-ə Qərb ölkələrinin yardım etdiyini bildiriblər.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.