Aktyor Ben Aflek “Gecənin hökmü” (Live by Night) adlı yeni filminin təqdimetmə mərasiminə qatılıb.
Jurnalistlərin suallarını cavablandıran Ben övladları və keçmiş həyat yoldaşı Cennifer Qarner barədə də danışıb.
44 yaşlı aktyor boşanma prosesinin uzadılmasına belə münasibət bildirib: “Hər şeydən əvvəl Cennifer mənim övladlarımın anasıdır. Mən xoşbəxtəm ki, bu gün onların yanındayam və gələcək üçün əsl insan yetişdiririk. Qarner dünyanın ən yaxşı anasıdır”. Qeyd edək ki, cütlük 2005-ci ildə ailə qurub, 2015-ci ildə isə boşanıb. Onların bu nikahdan 11 yaşlı Vayolet, 7 yaşlı Serafin və 4 yaşlı Samuel adlı övladları var.
İddialara görə, Ben Cennifer ilə barışmaq üçün əlindən gələni edir.
Aktrisa da müsahibələrinin birində keçmiş həyat yoldaşını hələ də sevdiyini etiraf edib.
"Həyata bir daha da gəlsəydim, yenə Benə ərə gedərdim. O, mənim ömürlük sevgimdir. Belə olmasaydı, ondan üç övladım olmazdı", - deyə aktrisa vurğulayıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.