banner
banner

Dünya

Yanukoviç barəsində qərar verildi: Həbs ediləcək

Yanukoviç barəsində qərar verildi: Həbs ediləcək
Ukrayna məhkəməsi hərbi prokurorluğun tələbi ilə dövlətə xəyanətdə ittiham edilən keçmiş prezident Viktor Yanukoviç barəsində həbs qərarı çıxarıb.
 
Axar.az xəbər verir ki, Ukraynanın Baş prokuroru Yuri Lutsenko sosial media üzərindən açıqlamasında Yanukoviç ilə bağlı ittiham aktı üzərində prosesin davam etdirildiyini bildirib.
 
Lutsenko həmçinin qeyd edib ki, məhkəmə Yanukoviçin həbs tələbini qəbul edib.
 
Qeyd edək ki, Yanukoviç 2014-cü ildə Maydan hərəkatı nəticəsində devrilib. Bundan sonra o, Rusiyada özünə sığınacaq alıb.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.