Bir müddət əvvəl Kaliforniya ştatının qubernatoru, aktyor Arnold Şvasneqqer verilişlərdən birində iştirak edib. 69 yaşlı aktyor verilişinə sağ ayağında gipslə çıxıb. Aparıcıları və tamaşaçıların narahatlığını görən Arnold ayağının sınma məsələsinə aydınlıq gətirib. Əvvəlcə zarafat edən aktyor deyib:
“Narahat olmayın, pedikür zamanı belə hallar olur”.
Daha sonra ayağının sınma səbəbini izah edən Şvasneqqer bunun yaşla bağlı olduğunu bildirib:
“Artıq yaşım o yaş deyil. İndi xizəkdə sürüşəndə, velosiped çox sürəndə, qaçanda daha ehtiyatlı olmalıyam. Adi zədə məni bu vəziyyətə sala bilər. Həkimlər ayağımın sağalmağa doğru getdiyini deyirlər”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.