2016-ci ildə 57 jurnalist peşə vəzifəsini yerinə yetirərkən həlak olub.
Bu barədə məlumat “Sərhədsiz Reportyorlar” təşkilatının illik hesabatında yer alıb. Qeyd olunub ki, ölüm halları əsasən münaqişə zonalarında baş verib.
Ən çox jurnalist Suriyada öldürülüb - 19 nəfər. Əfqanıstanda 10, İraqda 7, Yəməndə isə 5 jurnalist qətlə yetirilib. Bundan başqa 9 bloqer və mətbuata xəbər ötürən 8 nəfər öldürülüb. Ümumilikdə isə, ötən on ildə ən azı 780 jurnalist vəzifə borcunu yerinə yetirərkən həlak olub.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.