Hollivud aktrisası Marqo Robbi ailə qurub. 25 yaşlı aktrisa 3 ildir görüşdüyü kinorejissor Tom Akerliyə ərə gedib.
Cütlüyün toyunun aktrisanın dogma vətəni Avstraliyada baş tutduğu bildirilir. Marqo rəsmi olaraq bu barədə açıqlama verməyib.
Robbi və Akerli 2013-cü ildən görüşür. Kinorejissor və aktrisa bu ilin yayında nişanlanıblar.
Qeyd edək ki, bir müddət əvvəl Marqonun adı aktyor Bred Pittlə hallanıb. Bəzi mənbələr Bredin Ancelina Colidən ayrılmasına səbəb kimi aktyorun Robbidən xoşlandığını iddia ediblər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.