İtkin düşən neftçilərdən xəbər yoxdur, ekspertlər bədbindir
Dekabrın 15-də Nərimanov adına NQÇİ-nin estakadasının uçması nəticəsində dənizdə itkin düşən 9 neftçinin axtarışı nəticə verməyib. Neftçilərdən birinin cəsədi isə hadisədən bir sutka sonra tapılıb.
16 dekabr 2016-cı il sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının (ARDDA) Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi (FHN), Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, ARDDA, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Adı çəkilən dövlət qurumlarına məxsus ümumilikdə 44 gəmi və üzən vasitə, 6 helikopter, habelə 700-dən artıq canlı qüvvə axtarış işlərinə cəlb edilib, intensiv davam etdirilən axtarış - xilasetmə əməliyyatları, uzunluğu 100 km və eni isə 72 km olan geniş ərazini əhatə edir.
Qeyd edək ki, hadisə ilə bağlı dekabrın 16-da Baş Prokurorluq CM-in 162.2-ci maddəsi ilə (ehtiyatsızlıq səbəbindən əmək təhlükəsizliyi qaydalarının pozulması nəticəsində insan ölümü) cinayət işi qaldırıb.
“Yeni Müsavat”a açıqlamasında itkin düşən neftçilərin bu günə qədər tapılmamasına münasibət bildirən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban maraqlı faktlar açıqladı: “Faktiki olaraq 2015-ci ilin dekabr ayında ”Günəşli"də baş verən faciədən sonra da orada itkin düşən neftçilərdən əksəriyyətinin cəsədi tapılmadı. Bu dəfə də eyni hava şəraiti, qasırğa, soyuq və birdən-birə bədən temperaturunun düşməsi, qıcolma, dənizin dibinə düşmə və axının aparmasıE Xatırlayırsınızsa, həmin neftçilərin cəsədini hadisə yerindən 70 kilometr uzaqda tapırdılar. Burada da eyni prosesdir. Sadəcə burada suyun dərinliyi azdır. Ancaq axın güclü olduğundan dalğanın neftçilərin cəsədini böyük bir məsafəyə aparması düşünülə bilər. Bu ərazi sahil zonasından çox da uzaqda olmasa da, qasırğa çox güclü olub. Digər tərəfdən çox güman ki, cəsədlər suyun dibinə enib. Bu necə bir prosesdirsə, əvvəlki qəzada da yaşanmışdı. “Günəşli” qəzasında həlak olan 30 nəfərdən heç 20-nin meyiti tapılmadı".
Ekspertin sözlərinə baş verən bu iki hadisə göstərir ki, belə bir şəraitdə öldükdən sonra insan meyiti suyun üzünə çıxmaya da bilər: “Çox maraqlıdır, bu qısa müddətdə insan orqanizmində elə bir proses gedir ki, o sonradan meyitin suyun üzünə qalxmasına imkan vermir. Praktika göstərir ki, meyit suyun üzünə qalxmaya da bilər. Çoxları elə bilir ki, Xəzər dənizi filmlərdə gördükləri dəniz kimidir, baxanda dibi görünəcək. Lakin Xəzər dünyanın ən qaranlıq dənizlərindən biridir. Burada 3 metrdən aşağıda heç nəyi görmək mümkün deyil, çünki oraya günəşin şüası keçmir. Ona görə Xəzərin dibində flora inkişaf etməyib. Çünki gün işığı dənizin dibinə düşmür”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.