banner
banner

İdman

"Bizi ölüm-dirim mübarizəsi gözləyir" - Şahin Diniyev

"Bizi ölüm-dirim mübarizəsi gözləyir" - Şahin Diniyev

“İlk qarşılaşmada 2 top fərqi ilə uduzmuşuq. Oyuna yox, hesaba görə bizim üçün pis nəticədir. Bu səbəbdən sabah bizi ölüm-dirim mübarizəsi gözləyir. Mərhələ adlamaq istəyiriksə, mütləq uyğun hesabla qalib gəlməliyik".

Qol.az-ın məlumatına görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Azərbaycan kubokunun 1/4 finalında "İnter"lə cavab oyunu öncəsi deyib.

O bildirib ki, taktiki cəhətdən daha ağıllı oynamalıdırlar:

" İlin son matçıdır, odur ki, ən başlıcası azarkeşləri sevindirməyə çalışacağıq. Komandada zədəlilər çoxdur, Renan Alves, Kərim Diniyev və Tadas Simaitis zədəli halda oynayacaq. Futbolçular xarakter göstərib oynayırlar. Qəbələdəki çempionat görüşündə uduzmağımız uşaqların əhval-ruhiyyəsini korlaya bilər, amma bunun kubok oyununa təsir etməməsinə çalışırıq. Meydana qələbə üçün çıxacağıq. Yeni ilə yaxşı nəticə ilə yollanmaq istəyirik”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.