banner
banner

Dünya

Gürcüstanda enerji tarifləri artırılır

Gürcüstanda enerji tarifləri artırılır
Gürcüstanın Energetika və su təchizatı üzrə Milli Tənzimləyici Komissiyası elektrik enerjisi tariflərinin artırılmasını istisna etmir. “APA-Economics” xəbər verir ki, bunu komissiyanın sədri İrina Milorava bildirib.
 
Qurum qərarını dekabr ayının 31-dək açıqlamalıdır.
 
Tariflərin artırılması ilə bağlı bütün elektrik enerjisi və təbii qazın paylanması ilə məşğul olan şirkətlər müraciət edib.
 
“Mən tariflərin artırılacağını istisna etmirəm. Artıq dispetçer xidmətləri üçün tariflər artırılıb. Böyük ehtimalla, istilik enerjisi üçün tariflər də artacaq. Lakin idxal qiymətləri azalıb.  Başqa ölkələrdə baş verənlər bizə təsirsiz ötüşməyib. Tariflər elə səviyyədə olacaq ki, heç bir şirkət ziyanla üzləşməsin”, - deyə İ. Milorava bildirib.
 
İdxal olunan elektrik enerjisinin qiymətinin azaldılmasının səbəbinə gəlincə, bu, Rusiya tərəfi ilə müvafiq razılığın əldə olunması ilə əlaqədardır. Bununla yanaşı, Gürcüstanın qış dövründə Azərbaycan və Türkiyədən elektrik enerjisi idxal etmək imkanı var ki, bu da elektrik enerjisinin daha ucuz başa gəlməsinə şərait yaradır.
 
Qeyd edək ki, sonuncu dəfə elektrik enerjisinin tarifləri 2015-ci dəfə dəyişib. O zaman elektrik enerjisinin tariflərinin dəyişməsinə səbəb milli valyuta olan larinin kəskin ucuzlaşması göstərilirdi.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.