İspaniya La Liqasında XIX turun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, tur “Kordoba” - “Eybar” matçı ilə başlayıb.
Qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.
“Valensiya” “Almeriya”nı 3:2, “Vilyarreal” “Atletik”i 2:0 və “Espanyol” “Selta”nı 1:0 hesabı ilə üstələməyi bacarıb.
Millimizin heyətində forma geyinməyə razılıq verən Eddi İsrafilovun komandası “Qranada” səfərdə “Atletiko”nun qonağı olub. Madrid təmsilçisi rəqibini evə əli boş yola salıb – 2:0.
“Real” səfərdə “Xetafe” ilə, “Barselona” “Deportivo” ilə üz-üzə gəlib. “Kral klubu” rəqibini 3, kataloniyalılar isə 4 cavabsız qolla məğlub edib.
İspaniya La Liqası XIX tur 16 yanvar “Kordoba” – “Eybar” - 1:1 Qollar: Andone, 1 - Arruabarrena, 73
17 yanvar “Real Sosyedad” – “Rayo Valyekano” - 0:1 Qol: Manuço, 81
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.