banner
banner

Sosİal

Sabah hava necə olacaq? - PROQNOZ

Sabah hava necə olacaq? - PROQNOZ

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən cia.az-a verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gözlənilir. Gecə və axşam yarımadanın bəzi yerlərində zəif duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var.
Arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-4° isti, gündüz  6-9° isti, Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacağı gözlənilir. 

Atmosfer  təzyiqi normadan yüksək 774 mm civə sütunundan 768 mm civə sütununa enəcək. 

 Nisbi rütubət gecə 75-85 %, gündüz  60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz, lakin gündüz bəzi cənub və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir.

 Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz  0-5° isti olacağı gözlənilir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.