banner
banner

Sosİal

Apteklərə xəbərdarlıq edilib

Apteklərə xəbərdarlıq edilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində hüquqi və fiziki şəxslərə müvafiq xidmətlərin elektron formada göstərilməsi, Respublikada heyvan və quşlar arasında aparılan epizootik tədbirlərin həyata keçirilməsində şəffaflığın təmin edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Modern.az saytı xəbər verir ki, dövlət baytarlıq nəzarətində olan yüklərin, o cümlədən heyvan və heyvan mənşəli yüklərin, baytarlıq preparatları, yem və yem əlavələrinin idxal–ixracı zamanı rəyin verilməsi, eləcə də baytarlıq preparatları, yem və yem əlavələrinin dövlət reyestrinə alınması elektron formada həyata keçirilir. Həmçinin sənədlərin qəbulu elektron formada vətəndaşların iştirakı olmadan qəbul edilir və cavablandırılır. Müvafiq sənədlərin Dövlət Gömrük Komitəsinə ötürülməsi üçün Komitə ilə Xidmət arasında Vahid Avtomatik İnformasiya Sistemi (VAİS) yaradılıb.

 

Dövlət büdcəsi hesabına alınan baytarlıq preparatlarının istifadəsində şəffaflığı təmin etmək məqsədilə 2017-ci il üçün heyvanlar və quşlar arasında epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planına uyğun olaraq istifadə olunacaq biopreparatların, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatlarının üzərində “SATILA BİLMƏZ” sözləri yazılmışdır.

 

Dövlət büdcəsi vəsaiti hesabına alınmış baytarlıq preparatlarının istifadəsinin tənzimlənməsi, şəffaflığın təmin edilməsi və nəzarətin gücləndirilməsi məqsədi ilə rayon(şəhər) baytarlıq idarələrinə müvafiq tapşırıqlar verilmişdir. Həmin tapşırıqlarda baytarlıq preparatlarının sahə baytarlıq məntəqələrinə bölgüsünə, onların yerlərdə tətbiqinə rayon (şəhər) baytarlıq idarələri tərəfindən ciddi nəzarət edliməsi, dövlət büdcəsi vəsaiti hesabına alınmış və üzərində “SATILA BİLMƏZ” sözləri yazılmış biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatlarının özəl baytarlıq aptekləri, baytar həkimləri, digər fiziki və hüquqi şəxslər tərəfindən satışına qəti şəkildə yol verilməməsi, dövlət büdcəsi vəsaiti hesabına alınmış və üzərində “SATILA BİLMƏZ” sözləri yazılmış preparatların işlədilməsi zamanı epizootik və ambulator kitablarda qeydiyyatının aparılaraq istifadə edilməsi tapşırılıb.

 

Baytarlıq idarələrinə göndərilən müvafiq tapşırıqda, eləcə də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən reydlər aparılan zaman hər hansı rayon (şəhər) ərazisindəki özəl baytarlıq aptekində, fiziki və hüquqi şəxslərdə dövlət büdcəsi vəsaiti hesabına alınmış və üzərində “SATILA BİLMƏZ” sözləri yazılmış baytarlıq preparatları aşkarlanarsa bu işdə məsuliyyəti olan şəxslər haqqında ciddi inzibati cəza tədbirlərinin görüləcəyi bildirilib.

 Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.