Türkiyənin Mardin əyalətində dünyaca məşhur Merlin Monroya bənzəyən bir qadın diqqət mərkəzindədir. Axşam.az-ın "Haberler.com"a istinadən məlumatına görə, adı Melek Akarmut olan xanım 4 uşaq anasıdır. O, Merlinə bənzəməsi məsələsinə belə aydınlıq gətirib:
"Əvəllər buna əhəmiyyət vermirdim. Uzun illər toxuculuqla məşğul olmuşam. Daha sonra ailə qurdum və evdar qadın oldum. Həmişə övladlarımla maraqlanmışam. Mənə təkliflər gəlməyə başlanıldı. Çölə çıxanda hamı mənə yaxınlaşıb şəkil çəkdirir. Bu da mənim xoşuma gəlir".
Melek deyib ki, ona model kimi fəaliyyət göstərmək və reklam çarxlarına çəkilmək təklifləri gəlib. Lakin o, yalnız Merlinin həyatı canlandıracaq bir filmə çəkilməyə razılıq verə bilər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.