banner
banner

Sağlamlıq

Kişilərdə keçəlliyin dərmanı tapılıb

Kişilərdə keçəlliyin dərmanı tapılıb
ABŞ Pensilvaniya Universitetinin bir qrup alimi kişilərdə saç tökülmə və keçəlləşmənin səbəbinin müəyyən edilməsində ciddi nailiyyət əldə edib. Universitet laboratoriyalarında aparılmış tədqiqat nəticəsində saç tökülməsinin qarşısını almaq və hətta saçların bərpa edilməsi yolları araşdırılıb.
Keçəlləşməyə məruz qalan kişilər və laboratoriya siçanları üzərində aparılmış tədqiqatlar nəticəsində ABŞ alimləri saç tökülməyə səbəb olan proteini aşkar ediblər. Elmi araşdırmanın nəticələri keçəlliyi müalicə edən kremin yaradılmasına gətirə bilər. Alimlər aşkar ediblər ki, “prostaglandin D synthase” adlı protein baş dərisinin keçəlləşən sahələrinə aid zonalarda saç folekullarının hüceyrələrində toplaşır, lakin tüklü sahələrdə toplaşmır.
Həmin proteinin səviyyəsi yüksək olan laboratoriya siçanları tamamilə keçəl olub, saç transpantasiyası əməliyyatından keçmiş kişilərdə isə saç böyüməsi dayanıb. Tədqiqatlara rəhbərlik edən Pensilvaniya Universitetinin dermatologiya fakültəsinin professoru George Cotsarelis deyir ki, prostaglandin proteinin saçın tökülməsinə səbəb olduğu faktı sübut edilib.
Növbəti addım isə bu proteinə təsir edən maddələri aşkar etmək və proteinin bloklanmasının keçəlliyin qarşısını ala bilməsi və hətta itirilmiş saç örtüyünün bərpa edilməsinin mümkünlüyünün yoxlanmasından ibarət olacaq.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.