banner
banner

Dünya

Rusiyalı rəsmilər Ankarada: Karlovun işi araşdırılır

Rusiyalı rəsmilər Ankarada: Karlovun işi araşdırılır
Rusiyanın Ankara səfiri Andrey Karlovun ölüm işi ilə bağlı Türkiyəyə gələn rusiyalı komissiya heyəti Respublika Baş Prokuroru Nəcib Cemlə görüşüb.
 
Axar.az xəbər verir ki, rusiyalı rəsmilər bu gün axşam saatlarında Ankara Ədliyyəsinə gəliblər.
 
Türkiyəli prokurorla rusiyalı nümayəndələrin görüşü 1 saat davam edib. Görüşdə kəşfiyyat mübadiləsi aparılıb və istintaqın koordinasiyalı bir şəkildə aparıldığı da qeyd edilib.
 
Xatırladaq ki, dekabrın 19-u axşam saatlarında Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Türkiyənin bu ölkədəki səfiri A.Karlov qətlə yetirilib. Hadisəni törədən Çevik Polis Alayının zabiti Mövlud Mərd Altındaş polislər tərəfindən zərərsizləşdirilib.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.