Polşada prezident seçkilərində gözəl sarışın Maqdalena Oqorekiştirak edir.
O, seçkilərə sol qüvvələrin Demokratik İttifaqından qatılır, bu barədə namizədin rəsmi saytında bildirilib.
Oxu.Az bu barədə Polşa KİV-nə istinadən xəbər verir.
“Bu nəsillərin dəyişməsi rəmzi və Polşa siyasəti üçün tapıntıdır”, - Maqdalenanın namizədliyini şərh edən Demokratik İttifaqın rəhbəriLeşek Miller deyib.
Millerin sözlərinə görə, Maqdalena Polşaya uğur və dəyişikliklər gətirəcək.
Oqorekin özü partiyanı seçkilərdə təmsil etməyi özü üçün böyük şərəf hesab edir.
“Polşada qanunlar dəyişməlidir. Məndə fəal prezidentlik fikirləri var”, - Maqdalena iddia edir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.