İsrailin baş naziri Con Kerrinin tənqidinə sərt cavab verib
İsrail münaqişənin həllini fələstinlilərlə birbaşa danışıqlarda görür və xarici liderlərin mühazirələrinə ehtiyac duymur.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Con Kerrinin tənqidinə cavab olaraq bəyan edib.
“İsraillilərin xarici ölkə liderlərinin sülhün əhəmiyyəti barədə mühazirələrinə ehtiyacı yoxdur. İsrail ilk gündən qonşularına sülh təklif edərək əlini uzadıb. Minlərlə İsrail ailəsi sülh naminə qurbanlar verib, o cümlədən mənim ailəm”, deyə B. Netanyahu bildirib.
Onun sözlərinə görə, heç kim İsrail xalqı kimi sülhü istəmir: “Biz münaqişənin birbaşa danışıqlar yolu ilə həllinə sadiq olaraq qalırıq. Necə ki bu Misir və İordaniya ilə həyata keçirilib. Bu siyasət daim həm İsrail, həm də ABŞ tərəfindən aparılıb”.
Bundan əvvəl ABŞ dövlət katibi Con Kerri bəyan edib ki, Qüds həm İsrail, həm də Fələstinin paytaxtı olmalıdır. O, həmçinin İsraili öz təhlükəsizliyini təmin etmək naminə Fələstin ərazilərinin işğalına son qoymağa çağırıb.
İsrail baş naziri Binyamin Netanyahu BMT Təhlükəsizlik Şurasında İsrailin məskunlaşma fəaliyyəti əleyhinə qəbul edilən qətnaməyə görə ABŞ administrasiyasını ittiham edib. Qətnamədə İsraildən Fələstin torpaqlarında məskunlaşmaya son qoyması tələb edilir. BMT Təhlükəsizlik Şurasında qəbul edilən qətnaməyə Təhlükəsizlik Şurasının 4 daimi, 10 qeyri-daimi üzvü səs verib, ABŞ isə bitərəf qalıb. Qətnamənin müəllifləri Yeni Zellandiya, Seneqal, Malayziya və Venesuela olub. İsrail bu 4 ölkədəki səfirlərini geri çağırıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.